Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tanınmış şairin səhhəti yenidən pisləşdi

 

Tanınmış şair Məmməd İsmayılın səhhəti yenidən pisləşib.

Yenixeber.org xəbər verir ki, bu barədə Bakupost.az-a şairin qızı İntizar İsmayıl bildirib.

Onun sözlərinə görə, hazırda evdə yataq şəraitində olan 85 yaşlı şairin təcili xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

"Atamın ağrıları şiddətlənib. Ayaqları şişib, uzun müddət yataqda qaldığı üçün belində yataq yaraları əmələ gəlib. Evə həkimlər dəvət etdik. Bildirdilər ki, atam təcili şəkildə xəstəxanaya yerləşdirilməli və həkim nəzarətində ciddi müalicə almalıdır", - deyə İ.İsmayıl vurğulayıb.

Xatırladaq ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın səhhətində bu il yazın əvvəllərindən problem yaranmışdı. 85 yaşlı şairin ev şəraitində müalicəsi nəticə vermədiyinə görə, bir qrup ziyalı mətbuatda onun müalicəsinin nəzarətə götürülməsi ilə əlaqədar dövlətə çağırış etmişdi. O, aprel ayında "Bona Dea" hospitalına yerləşdirilmiş və Heydər Əliyev Fondunun dəstəyi ilə əməliyyat edilmişdi.(Kult)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam