Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Rusiyada doqquz il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub -TƏFƏRRÜAT

Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində doqquz il əvvəl Rusiya vətəndaşı Dmitriy Şarovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Abbasova hökm oxunub.

Yenixeber.org xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Həmçinin zərərçəkənin varisi tərəfindən verilən mülki iddia təmin edilib. Belə ki, təqsirləndirlən şəxsdən 10159 manat alınaraq zərərçəkən tərəfə verilməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, hadisə doqquz il əvvəl - 2015-ci ilin oktyabr ayında sözügedən şəhərdə baş verib.

Məlumata görə, təqsirləndirilən şəxs Moskva vilayətində bazarda işləyib. E.Abbasov işlədiyi yerin yaxınlığında tanışları Elşad Musayev və Aleksandr Şadrinlə spirtli içki qəbul ediblər. Daha sonra E.Musayev tanışı E.Abbasova Dmitriy Şarov adlı şəxslə dalaşdığını bildirib. Elvin Dmirinin dostu Elşada qarşı olan hərəkətlərindən hiddətlənərək kafenin çıxışında onunla əlbəyaxa olub. Həmin vaxt üzərində olduğu bıçaqla ona xəsarət yetirməsi nəticəsində Dmitriy Şarov həyatını itirib.

E.Abbasov ifadəsində bildirib ki, hadisədən sonra Belarusiyaya, oradan təyyarə ilə Gürcüstana gedib, daha sonra isə Azərbaycana qayıdıb. O, axtarışda olduğunu bilməyib, 28 aprel 2023-cü il tarixdə tutulub.

E.Abbasova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam