Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

Qarabağ müharibəsi veteranlarının sayı ARTIB -RƏSMİ

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi olaraq “Müharibə veteranı” statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub.

Yenixeber.org-un məlumatına görə, Qarabağ müharibəsi veteranlarının sayı artıb. 

Belə ki, 2024-cü il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 184.094 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.

Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.

Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Xatırladaq ki, bu ilin əvvəlində Qarabağ müharibəsi veteranlarının sayı 180.476 nəfər idi.

Veteranların sayının artımı İkinci Qarabağ müharibəsinin iştirakçıları ilə bağlı aparılan araşdırma nəticəsində 4 minədək şəxsə rəsmi status verilməsi ilə bağlıdır. (Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam