Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Şirvanda VHP-çi namizəd seçicilərlə görüşüb-FOTOLAR

 

51 saylı Şirvan seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Zöhrab İsmayılov təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Şirvan şəhər mədəniyyət sarayında keçirilən görüşü VHP sədrinin müavini Samir Əsədli açaraq namizəd haqqında məlumat verərək partiyanın parlament fəaliyyəti, 1 sentyabr seçkilərində iştirakı haqqında danışıb.
Yenixeber.org: Daha sonra deputatlığa namizəd çıxış edərək deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən bəhs edib. O bildirib ki, bir şirvanlı olaraq mən də şəhərimizi abad görmək istəyirəm: “Bu səbəbdən platformamı, görülməsi nəzərdə tutulan işləri və platformamı sizlərə təqdim edirəm. Əvvəla, şəhər infrastrukturunda görüləcək işlərin ardıcıllığını təmin etməyə, plana alınmış tiklilərin tikintisi, təmir və pərpasını sürətləndirməyə çalışacam. Sahibkarları Şirvan şəhərinə yönləndirməklə yeni iş yerlerinin açılması üçün əlimdən gələni edəcəm. Deyilənlərin, sadalananların sadəcə söz kimi qalmasını yox, reallaşdırılmasını istəyirsinizsə, sizlərdən tək ricam, səsinizə sahib çıxın ki, biz də sözümüzü tutaq! Doğru seçimi etmək sizlərin əlindədir”.
Vətən Müharibəsi veteranı Elvin Abbasov və Şirvan şəhərəri N.Quliyev adına tam orta məktəbin direktoru Mətanən Zərbəliyeva çıxış edərək seçiciləri seçki günü fəal olmağa və Zöhrab bəyə səs verməyə çağırıblar.
Çıxışdan sonra seçicilər Zöhrab bəyə suallarını verib, şəhərin problemləri ilə bağlı müzakirələr aparılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam