Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Peşə məktəblərində də təhsil haqqı artırılıb? -AÇIQLAMA

Peşə təhsilində ödəniş haqlarında bir dəyişiklik yoxdur. Lakin növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var.

Yenixeber.org xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, son iki ildə peşə təhsilində adambaşına maliyyələşmə metodundan istifadə edilir.

"Adabaşına maliyyələşməyə keçid bizə imkan verir ki, peşə təhsili müəssisələrində tələbə hazırlığına lazım olan xərclər daha real qiymtləndirilsin. Gəlin razılaşaq ki, Azərbaycanda ödənişli əsaslarla peşə təhsilində tələb olunan ödəniş haqqı təhsil üçün çox aşağıdır. Yəni, 650 manata keyfiyyətli qaynaqçı hazırlamaq mümkün deyil. Amma hazırda qaynaqçı ixtisası üzrə təhsil haqqı 650 manatdır. Bir çox hallarda müəyyən edilən ödənişlər bizə müəllimlərin əməkhaqlarını ödəməyə imkan vermir. Bu reallıqdır və bir çox müəssisəmizdə bu kimi hallar mövcuddur.

Adambaşı maliyyələşməyə keçdiyimiz müəssisələrdə bir sıra ixtisaslarda artıq qiymətlər fərqlənir. Məsələn, qaynaqçı, kompüterlərin təmiri üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisaslarında qiymətlər fərqlidir. Biz bilirik ki, kargüzarlıq üzrə mütəxəssis hazırlanması ilə qaynaqçı hazırlanmasının qiymətləri eyni deyil. Çünki kargüzarlıqda istifadə etdiyimiz material, elektrik enerjisi sərfiyyatı çox aşağı olduğu halda, qaynaqçı ixtisasında bu daha çoxdur. Eynilə kibertəhlükəsizlik üzrə texnik hazırlayırıqsa, başa düşməliyik ki, bu sahədə keyfiyyətli tədris keçə bilən müəllimlərin əməkhaqqı tələbləri daha yüksəkdir. Bu baxımdan növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var", - deyə C.Kərəmov "Trend"ə açıqlamasında bildirib.


Xatırladaq ki, bəzi universitetlərdə illik təhsil haqqı artırılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam