Keçmiş prezident deputat seçildi
2012-2017-ci illərdə hakimiyyətdə olmuş Fransanın keçmiş prezidenti Fransua Olland “Yeni Xalq Cəbhəsi”ndən parlamentə (parlamentin aşağı palatası) deputat seçilib.
Yenixeber.org: Bu barədə AFP məlumat yayıb.
Məlumata görə, 69 yaşlı eks-prezident Tül kommunasında (ölkənin mərkəzindəki Korrez departamenti) deputat mandatı alıb. O, seçkilərin ikinci turunda 43 faiz səs toplayıb.