Qazaxıstanın sabiq müdafiə naziri ŞƏT -in baş katibi oldu
Çjan Minqin əvəzinə onun müavini, Qazaxıstanın keçmiş müdafiə naziri Nurlan Ermekbayev ŞƏT-in yeni baş katibi təyin edilib.
Yenixeber.org: Ermekbayev 2018-2021-ci illərdə Qazaxıstanın müdafiə naziri vəzifəsində çalışıb, 2023-cü ilin yanvarında isə ŞƏT baş katibinin müavini təyin edilib.(RİA)