Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərinşaat" işçilərin 500 min manatını niyə vermir? -VİDEO

"Azərinşaat" işçilərin 500 min manatını niyə vermir?

 

Bu gün səhər saatlarından etibarən “Azərinşaatservis” MMC-nin keçmiş işçiləri etiraz ediblər.

Xeberinfo.com:   "Azərinşaat"ın binası qarşısına toplaşan keçmiş əməkdaşlar bildiriblər ki, son ayların əmək haqqlarını ala bilmirlər. "Azadlıq radiosu"nun çəkdiyi videogörüntünü sizə təqdim edirik:

Qaynarinfo.Az şikayətçi olan insanlarla əlaqə saxladı."Azərinşaat"ın texniki ofis rəhbəri vəzifəsində çalışan və ötən ilin 9 dekabr tarixindən etibarən əmək müqaviləsinə xitam verilən Əziz Həsənov bildirdi ki, onun 2 aylıq maaşını vermirlər:

"9 dekabr 2015-ci ildən etibarən əmək müqaviləmə xitam verilib. O gündən oktyabr və noyabr aylarının maaşları verilməyib. Bu qədər gecikdirilmə səbəbini soruşduqda bildirdilər ki, siyahı və məbləğ olaraq yazılıb “AqrarKredit” QSC-yə, Maliyyə Nazirliyinə göndərmişik, tezliklə həll olunacaq. Bu qədər vaxt keçib, eyni cümlələrlə insanları yola verirlər. Mənim kimi 200 nəfərə yaxın insan var. Bu 200 nəfərin də 400-500 min manat alacağı var".

Vaxtilə "Azərinşaat"da tornaçı vəzifəsində çalışan Səbuhi Qəribov da eyni problemləri yaşayır:

"Bu ilin mart ayından əmək müqaviləm bitib. Ancaq yanvar və fevral ayının maaşlarını hələ də ala bilmirəm.  Hər dəfə deyirlər ki, bu gün veriləcək, sabah veriləcək. Deyirlər ki, Maliyyə Nazirliyinə bildirmişik. Bilmirik, dərdimizi kimə deyək..."

 Məsələ ilə bağlı Qaynarinfo.Az "Azərinşaat"ın baş mühəndisi Xəlil Osmanovla əlaqə saxladıq. Şirkətin nümayəndəsi bildirdi ki, bizdə maaşlar kartla verildiyindən belə bir şey ola bilməz: "Bizim şirkətdə çalışan əməkdaşlar müqavilə bitdiyi ana qədər əmək haqqlarını alırlar. Hər ayın 5-i şirkətdə çalışanlar maaşları alır. Deyilənlər yalnışdır".

Hazırda şikayətçilər Maliyyə Nazirliyinə müraciət ediblər və nazirlik tərəfindən qəbul olunublar. Bu barədə şikayətçilər məlumat verib.

Bir azdan ətraflı məlumat veriləcək...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam