Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mayın sonunda əfv gözlənilir

 

"Xeberinfo.com":  İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənanyarlı Modern.az saytına açıqlamasında bildirib ki, əfvlə bağlı lazımi orqanlara müraciət edilib:
“İşçi Qrupu mütəmadi olaraq fəaliyyətini davam etdirir. Bütün ərizələrə baxılır və müzakirəyə çıxarılır. Çalışırıq ki, bizə daxil olan müraciətlərin hamısına baxıb, lazımi sənədləri əfv komissiyasına göndərək. Biz gözləyirik ki, may ayının sonunda əfv fərmanı veriləcək. Əfv sərəncamın verilməsi birbaşa prezidentin səlahiyyətindədir”.
Səadət Bənanyarlı bu il əfvlə bağlı hazırladıqları siyahıda tanınmış məhkumlardan Tofiq Yaqublunun, İlqar Məmmədovun, Nemət Pənahlının, Əli İnsanovun, Akif Muradverdiyevin, “Nida”çı gənclərin və digər şəxslərin adlarının olduğunu vurğulayıb:
“Monitorinq qrupu olaraq özümüzün də siyahımız var. Həmin siyahıda hüquqları pozulmuş qeyri-hökumət təşkilatlarının rəhbərlərinin, siyasi motivlərlə həbs olunmuş insanların və jurnalistlərin adları var. Ümid edirik ki, siyahıda olanların bir çoxu azadlığa buraxılacaq”.
Müsavat Partiyası başqanının həbsdəki müavini Tofiq Yaqublu üçün ayrıca müraciət olunduğunu deyən hüquq müdafiəçisi bildirib ki, Tofiq bəyin qızı Nərgiz Yqabulunun da rəhmətə getməsi müraciətə əlavə olunacaq: “Çox güman ki, Tofiq bəy yaxın zamanlarda azadlığa buraxılıb ailəsinə qovuşacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam