Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkili həbs olunan qardaşı oğlunu azadlığa buraxdırıb?

vahid-ehmedov1

Tanınmış iqtisadçı deputat Vahid Əhmədovun keçmiş vergi işçisi olan qardaşı oğlu Namiq Əhmədov dələduzluqla məşğuldur.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə AzPolitika.info-ya daxil olan şikayət ərizəsində bildirilir.
Xatırladaq ki, hələ iyun ayında xəbər vermişdik ki, deputatın bu qardaşı oğlu Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həbs olunub. Buna səbəb Bakı sakini Rasim İsgəndər oğlu İsgəndərovun şikayəti olmuşdu. O, Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Namiq Əhmədovun onu mühasib vəzifəsinə işə düzəltmək adı ilə aldatdığnı, 5 min manat pulunu mənimsədiyini bildirmişdi. Cinayət işində zərərçəkən kimi qeyd olunan R.İsgəndərov Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il mart hadisələrində şəhid olan Famil İsgəndər oğlu İsgəndərovun qardaşıdır.

Bu şikayət əsasında Namiq Əhmədova cinayət işi açılmış və barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Lakin indi məlum olur ki, deputatın qardaşı oğlu cəmi bir ay həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb. Onun dələduzluq əməllərinin qurbanı isə, bir yox, bir neçə nəfərdir. N.Əhmədov azı 4 vətəndaşın üst-üstə 60 min manatdan artıq pulunu mənimsəyib. Özü də deputat əmisinin adından istifadə etməklə.

N.Əhmədovun dələduzluq əməllərinin qurbanlarından biri – Bakı sakini N.T.Nadirov“AzPolitika”ya şikayətində yazır:

“Bir müddət əvvəl sizin saytınızda deputat Vahid Əhmədovun qardaşı oğlu Əhmədov Namiq Rafiq oğlunun dələduzluq etdiyi üçün həbs olunduğu barədə məlumat oxudum. Mənim sizə müraciətimin səbəbi də elə Əhmədov Namiq tərəfindən aldadılmağım və onun dələduzluq əməlinin qurbanı olmağımdır.
Belə ki, 2014-cü ilin sonlarında Namiq Əhmədov və onun mənimlə tanış etdiyi, əvvəllər vergi orqanlarında birlikdə işlədikləri Əliyev Heydər Əli oğlu ilə birlikdə onların təklifi əsasında “RR+Siti” MMC-ni təsis etdik. Bu şirkət inşaat sektorunda fəaliyyət göstərməli idi. N.Əhmədov məni inandırdı ki, əmisi – deputat Vahid Əhmədov nüfuzundan istifadə edərək bizə dövlət orqanlarının təmir-tikinti sifarişlərini verdirəcək. 2014-cü ilin dekabr ayında Əliyev Heydər Əli oğlu isə dedi ki, hansısa yüksək vəzifəli dostunun Bakı ətrafında yerləşən hektarlarla torpaq ərazisində villalar tikib satacağıq.
Namiq Əhmədov da elə həmin vaxt əmisi Vahid Əhmədovla görüşüb, guya tikəcəyimiz villaların lahiyəsini ona göstərib, onun xeyir-duasını və dəstək vədini aldı. Bu vaxt tikinti şirkətinə FHN-dən lisenziya almaq məsələsi ortaya atıldı. Heydər bildirdi ki, o, 35 000 AZN (otuz beş min manata) bu lisenziyanı ala bilər. Bundan sonra həmin pulun axtarışına başladıq. Təxminən bir həftə sonra Namiq və Heydər tələb olunan pulu düzəldə bilmədiklərini deyib, mənim tapmağımı istədilər. Mən də bunların çoxsaylı vədlərinə inanıb yaxşı olacağını düşünərək, həmçinin N.Əhmədovun tez-tez mötəbər şəxs olan əmisi Vahid Əhmədovun adını hallandırdığını, işə başlayarıqsa ardının yaxşı olacağını, deputatın bizə yaxından dəstək verəcəyini vəd etdiyi üçün onların səmimiyyətinə inandım və həmin pulu tapmaq qərarına gəldim. Bu məqsədlə bir tanışıma müraciət edib, 40 gündən sonra qaytarmaq şərti ilə ondan 45 000 USD (otuz beş min manat) notariat qaydasında borc götürdüm. Elə həmin gün pulun yeddi min manatını Namiqə, on üç min manatını isə Heydərə verdikdən sonra (Pulu götürərkən mənə dedilər ki, işimizi həll edən adamlara çatdıracaqlar) pulun qalan hissəsini ertəsi gün Azadlıq küçəsi 97, mənzil 21 ünvanıda kirayələdiyimiz ofisimizdə seyfə qoyduq. Heydərin dediyinə görə, daha sonra qalan pulu da götürərək kiməsə çatdırıb. Bundan sonra həftələr günləri əvəz etsə də, FHN-dən alacağımız lisenziyadan və görəcəyimiz işlərdən bir xəbər çıxmadı. Beləliklə, pulu qaytarmalı olduğumuz gün gəlib çatdı. Lakin nə iş alındı, nə də verdiyim pul qaytarıldı. Müxtəlif vədlərdən sonra Heydər xəstəliyini bəhanə edərək bizdən uzaqlaşdı, Namiq isə məsuliyyəti Heydərin üzərinə ataraq aradan çıxdılar. Mən aldadıldığımı, hər şeyin əvvəlcədən qurma olduğunu, bu adamların əvvəllər də dələduzluğla məşğul olduqlarını bilərək, 45 min dollar borcla baş-başa qaldım. Anladım ki, Namiqin tez-tez öz əmisinin, Heydərin isə vəzifəli adamların adını hallandırması məqsədli olub. Aprel ayında isə Heydər ümumiyyətlə Bakını tərk edərək, doğulduğu Şərur rayonuna qaçdı. İndi də Mahmudkənd kəndində yaşayır. O vaxtdan telefon zənglərimə də cavab vermir. Namiq isə dəfələrlə vəd verməyə başladı ki, əmisi Vahid Əhmədov mənim pulumu qaytaracaq. Lakin iyun ayında Namiqi başqa bir şəxsə qarşı dələduzluq etdiyinə görə həbs etdilər. Həbs olunandan təxminən 1 ay sonra əmisi Vahid Əhmədov onu azadlığa buraxdırdı. Mən pulumu geri alacağım ümidi ilə bir qədər də gözlədikdən sonra polisə şikayət etdim. Hal-hazırda şikayətimlə əlaqədar Nəsimi RPİ-də təhqiqat aparılır.
Bildiyimə görə məndən başqa Namiq Əhmədov və Heydər Əliyev birlikdə Əliyev Elgün Alim oğluna 15 min manat, Həsənli Emin Həsənrza oğluna isə 2500 manat pul atıblar. Onlar da polisə şikayət ediblər.

Saytınız vasitəsilə Daxili İşlər naziri, cənab Ramil Usubova və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, cənab Mirqafar Seyidova müraciət edərək, xahiş edirəm ki, deputat əmisinin adından sui-istifadə edərək, ona arxalanaraq mənə və digərlərinə qarşı dələduzluq edən, aldadaraq külli miqdarda vəsaitimi mənimsəyən və 1 ilə yaxındır qaytarmaq istəməyən Əhmədov Namiq Rafiq oğlu və onun fırıldaq ortağı Əliyev Heydər Əli oğlunun məsuliyyətə cəlb olunmaları və mənə dəymiş ziyanın ödənilməsinin təmin olunması haqda göstəriş verəsiniz.”

Qeyd edək ki, şikayətlə bağlı deputatın qardaşı oğlu ilə danışmaq istəsək də, telefonları bağlı oldu. Nəsimi RPİ-dən isə şikayətin araşdırıldığını bildirdilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam