Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DEPUTATIN QARDAŞI OĞLUNUN MƏHKƏMƏSİ BAŞLAYIB

mehkeme

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Bakı şəhər Vergilər Departamentinin keçmiş əməkdaşı, deputat Vahid Əhmədovun qardaşı oğlu Əhmədov Namiq Rafik oğlunun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Xeberinfo.com:  “AzPolitika.info”ya daxil olan istintaq materiallarından belə görünür ki, keçmiş vergi müfəttişi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq) ilə ittiham olunur.  N.Əhmədov etibardan sui-istifadə etməklə bir neçə şəxsin külli miqdarda pulunu ələ keçirib.

Belə ki, istintaq materiallarına görə, N.Əhmədov tanışı Bağırova Elnarə Arif qızınınetibarından sui-istifadə edərək, Xırdalan şəhərində yeni tikilən yaşayış binalarından birində ucuz qiymətə mənzil almaq adı ilə aldadaraq, 2013-cü ilin dekabr ayında bir neçə dəfəyə olmaqla, onun 14 000 manat pulunu ələ keçirib. Bu faktla bağlı 01 oktyabr 2015-ci ildə Yasamal RPİ-də cinayət işi başlanıb. Cinayət işinin icraatı bir neçə dəfə dayandırılıb. İstintaqdan yayındığından sonuncu dəfə N.Əhmədovun barəsində 30 mart 2016-cı ildə axtarış elan olunub. 26 aprel 2016-cı il tarixdə N.Əhmədov Yasamal RPİ-nin əməkdaşları tərəfindən həbs olunub, bundan bir gün sonra cinayət işi üzrə icraat təzələnib.

vergiler-departamenti_2015020315İstintaq zamanı N.Əhmədovun digər cinayət əməlləri də üzə çıxıb. Məlum olub ki, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin 1-ci şöbəsinin vergi müfəttişi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən sui-istifadə etməklə,Həsənli Emil Həsənrza oğlunu 22 aprel 2014-cü il tarixdə vergi orqanı tərəfindən yazılmış 5040 manat vergi borcunu ləğv etdirəcəyi vədilə aldadıb, 2014-cü ilin may ayının ortalarında onun 2500 manat pulunu ələ keçirib. Bu faktla bağlı 28 aprel 2016-cı il tarixdə N.Əhmədova CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunub və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət törədilərkən N.Əhmədov vergi orqanında işlədiyindən cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə Nərimanov rayon Prokurorluğuna göndərilib. İş üzrə istintaqın davam etdirilməsi burda müstəntiq Orxan Rüstəmova həvalə olunub.

İstintaq materiallarından belə görünür ki, deputatın dələduz qardaşı oğlunun daha bir qurbanı Əliyev Elgün Alim oğlu olub. Belə ki, Neman Nadirov adlı tanışı vasitəsilə (Sonradan N.Nadirovun özü də zərərçəkmişə çevrilir-red) Elgün Əliyevdən də 15 min manat borc alan N.Əhmədov, bu pulu da qaytarmır.

manat_180215Neman Nadirovun özünə isə “torbanı” N.Əhmədov tək yox, bu dəfə vaxtilə vergi orqanlarında birlikdə işlədikləri Əliyev Heydər Əli oğlu ilə birlikdə “tikirlər”. Bu dəfə məbləğ də xeyli böyük olur – 35 min manatNeman Nadirov istintaqa ifadəsində bildirib ki, Əhmədov Namiq Rafiq oğlunu 2014-cü ilin oktyabrından tanıyıb. Qısa müddətdə onların arasında dostluq münasibətləri yaranıb. Namiq ona bildirib ki, tikinti materialları satışı ilə məşğul olan tanışları var, istənilən layihənin tikintisi üçün tikinti materialları təmin edə bilər. Bundan sonra Namiq ona “tikinti sahəsində böyük təcrübəsi olan” Heydər adlı (Əliyev Heydər Əli oğlu) tanışından bəhs edib, onları tanış edib. Və beləlikə üçlükdə görüşməyə başlayıblar. Görüşlərin birində Heydər bildirib ki, onun tikinti aparan tanışları var, onların vasitəsilə şərikli tikinti apara bilərlər. Ardınca Heydər müxtəlif layihələr də təklif edib. Bunlardan biri ATV-nin keçmiş sahibi Tağı İbrahimovun Yasamal rayonu ərazisində aparacağı tikinti olub. Heydər bildirib ki, T.İbrahimovla yaxşı münasibətləri var, bu tikintini ondan ala bilər. H.Əliyev həmçinin bildirib ki, tikintiyə razılıq alınması (FHN-dən lisenziya) üçün böyük vəsait tələb olunsa da, o ucuz qiymətə – 35 min manata belə bir razılığı ala bilər. Tərəflər belə razılaşıblar ki, N.Nadirov bu məbləği tapıb Heydərlə Namiqə versin, görəcəkləri tikinti üçün alınacaq ilkin avansdan onun 35 min manatı qaytarılsın.

Heydər binanı tikmək üçün artıq podratçı ilə razılaşdığını dedikdən sonra tikinti şirkəti təsis edib, ofis icarəyə götürüblər. Heydərlə Namiq 40 gün ərzində pulu qaytaracaqlarını vəd etdikdən sonra N.Nadirov Fariz adlı tanışından 19 dekabr 2014-cü ildə 35 min manat borc götürüb. N.Nadirovun bildirdiyinə görə, pulu götürdükdən sonra Namiq ondan 7 min manat pul istəyib, deyib ki, guya tikinti üçün lisenziya məsələləri ilə məşğul olan şəxslərə hansısda sənəd üçün verəcək. Üçlükdə görüşdə N.Nadirov Namiqə 7 min manat pul verib. Bu zaman Heydər də deyib ki, lisenziya məsələləri ilə məşğul olan şəxslə danışıb, ona 10 min manat verilməlidir. Bu zaman kiməsə zəng edib, tanımadığı şəxsə 10 min manat pul veriblər. Heydər bundan əlavə 3 min manat da başqa şəxsə verilməli olduğunu deyib. Həmin günün səhəri tanımadığı şəxsə də 3 min manat vermişlər.Qalan puldan 5 min manat da ofisdəki seyfə qoyub, bu pulu da sonradan Heydər ordan götürmüşdür.

N.Nadirov bildirib ki, pulu sahibinə qaytarmaq zamanı gələnədək nə söz verilən tikinti işləri başlayıb, nə də pul qaytarılıb. Aldadıldığını başa düşən Nadirov hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Lakin 2 ildən artıqdır davam edən araşdırmalar, istintaq hərəkətləri bir nəticə verməyib.

prokurorluq_tedbir_160115Maraqlıdır ki, müstəntiq Orxan Rüstəmov aylarla davam edən istintaqın sonunda bütün epizodları cinayət əməli kimi qiymətləndirsə də, təkcə N.Nadirovun şikayətini rədd edib, onu işə zərərçəkən kimi yox, şahid kimi cəlb etməklə, cinayət işini məhkəməyə göndərib. N.Nadirovun fikrincə, müstəntiq aylarla onu aldadıb, Namiq Əhmədov və Heydər Əliyevi təqsirləndirilən şəxs kimi işə cəlb edəcəyini, dəyən ziyanı ödətdirəcəyini, Heydəri də həbs edəcəyini bildirsə də, sonda məhz Heydər Əliyevi qorumaq məqsədilə onun şikayətini mülki iş kimi qiymətləndirib. Zərərçəkən iddia edir ki, bu zaman müstəntiqin hansısa şəxsi maraqları təmin olunduğundan belə bir qərar verib və dələduzluq faktını ört-basdır edib. Halbuki, N.Əhmədov kimi H.Əliyev də əvvəllər dələduzluq ittihamı ilə həbsdə olub, bu şəxslərin bilərəkdən, sırf onun pulunu mənimsəmək məqsədilə tikinti oyununu ortaya atdıqları heç bir şübhə doğurmur.

N.Nadirov ümid etdiyini bildirir ki, məhkəmədə bu ədalətsizliyə son qoyulacaq və onun şikayəti üzrə də obyektiv qərar qəbul olunacaq.

Proses davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam