Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avtomobillərin gömrük rəsmiləşdirilməsi “Asan Xidmət”ə verilməyəcək

avtomobil.jpg

Dövlət Gömrük Komitəsi  ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin “Asan Xidmət”ə verilməsini mümkün hesab etmir.

"Xeberinfo.com":   Məlumata görə, komitə sədri Marja-nın “Gələcəkdə bu xidmətin “Asan Xidmət”ə verilməsi nəzərdə tutulur?  sualına “Siz bu işin “Asan Xidmət”ə verilməsini necə görürsünüz?” şəkilində cavab verib və bunun mümkün olmadığına üstüörtülü işarə edib.

Komitə sədri bildirib ki, “rastomojka”dan edilən şikayətlər əsasızdır. Problem avtomobilin alış sənədində onun dəyərinin aşağı göstərilməsidir.

“Vətəndaşlar şikayət edəndə demirlər ki, məndən gömrük əməkdaşı əlavə pul alır. Deyirlər ki, artıq aparılmış hesablamalar dövlət büdcəsinə köçürülür. Biz də izah edirik. Biz əvvəllər bu problemlər ilə daha çox rastlaşırdıq. Köhnə avtomobillər gətirilərkən əldə etdiyi bir sənəddə avtomobilin dəyəri ədalətli göstərilmir. Lexsus 2000 dollar, BMW 4000 dollar ola bilməz. Ona görə də xahiş edirik ki, hesablamalarınızı bununla aparmayasınız. Avtonəqliyyat Gömrük İdarəsində bununla  bağlı əmtəəşünas ekspertlər fəaliyyət göstərir. Onlar avtomobilə baxaraq ona qiymət qoyur və rəsmiləşdirmə aparılır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam