Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“MTN təkcə Eldar Mahmudov demək deyil”

 

Bu gün mətbuat səhifələri MTN rəhbərinin işdən azad olunması və bu qurumdakı həbslər barədə həm rəsmi məlumatlarla, həm də şəxsi mülahizələrlə dolub-daşır. Kortəbii tənqidlər də az deyil.

"Xeberinfo.com":   Məlumata görə, MTN-də baş verənlər barədə fikirlərini virtualaz.org saytı ilə bölüşən İşgəncələr Əleyhinə Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov isə məsələyə bir qədər fərqli prizmadan yanaşır. O, ucdantutma hamını və hər şeyi bir əngdə təsvir eləməyi məqbul saymır.

Hüquq müdafiəçisi hesab edir ki, MTN-in bütün əməkdaşlarını kor-koranə və ucdantutma təhqir etmək, onların çox vacib və ciddi fəaliyyətini yetərincə qiymətləndirməmək yolverilməzdir.

“MTN-in sadəcə olaraq bir neçə əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub deyə bütün nazirliyin imicinə ləkə vurmaq, onun roluna kölgə salmaq olmaz. Bir neçə MTN əməkdaşının işdən azad edilərək saxlanılması və məsuliyyətə cəlb olunması barədəki məlumatların fonunda KİV-də və sosial şəbəkələrdə bu qurumun digər əməkdaşlarının da şərəf və ləyaqətini alçaldan şərh və yazılar yayılır. Ən azı belə etmək olmaz. MTN dünən-bu gün yaranan qurum deyil. Onun zəngin və şərəfli tarixi var, böyük yol keçib. Heydər Əliyev, Ziya Yusifzadə, Namiq Abbasov, Şəmsi Rəhimov kimi ləyaqətli və məşhur adamlar bu nazirlikdə işləyiblər. MTN Azərbaycan dövlətçiliyinin sütunudur. MTN təkcə Eldar Mahmudov demək deyil” - deyə E.Behbudov bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, MTN-də minlərlə əməkdaş çalışır və onlar belə neqativ münasibətə layiq deyillər: “MTN-in saxlanılan əməkdaşlarına gəlincə isə nəzərə alaq ki, Azərbaycanda hüquqi dövlət qurulub. Əgər o şəxslərin günahı sübuta yetirilsə, qanunun bütün ciddiyyəti ilə cəzalarını alacaqlar”.

E.Behbudov əlavə edib ki, MTN-in bir çox keçmiş əməkdaşları və veteranlar çekistlər ona bu qurum haqda yayılan kortəbii tənqidlərdən narazılıqlarını çatdırıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam