Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir generalı müəllim təyin etdi

 

Müdafiə naziri Zakir Həsənovun sabiq müavini, Şəmkir korpusunun komandanı Rövşən Əkbərovun müavini general-mayor Qorxmaz Qarayev tutduğu vəzifədən azad edilib.

"Xeberinfo.com":   Məlumata görə, Q.Qarayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilib. Məlumata görə, o, oktyabrın 18-dən etibarən işinin icrasına başlayacaq.

Qorxmaz Qarayev kimi təcrübəli döyüşçünün, general-mayor rütbəli birinin akademiyaya müəllim vəzifəsinə təyin edilməsi isə təəccüb doğurub. Lakin sonradan məlum olub ki, general-mayor paytaxtda icra edə biləcəyi vəzifələrdən birinə təyinat almaq üçün nazirliyə müraciət edib. Onun müraciəti nəzərə alınaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasına baş müəllim gətirilib.

Məsələni dəqiqləşdirmək üçün saytın əməkdaşı akademiya ilə əlaqə saxlayıb. Onlar məlumatı nə təsdiq, nə də təkzib ediblər. Məlumatı Müdafiə Nazirliyinin özündən dəqiqləşdirməyi tövsiyə ediblər. Nazirlik isə məsələ ilə əlaqədar göndərdiyimiz sorğunu cavabsız qoyub.

Xatırladaq ki, Qorxmaz Qarayev bu ilin avqust ayında nazrin müavini və Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və Şəmkir korpusunda polkovnik rütbəsinə uyğun vəzifəyə təyin edilmişdi.

AzNews.az

Nazir generalı müəllim təyin etdi

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam