Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha 3 xanım da başçı müavini oldu

 

 

Üç Cənub rayonunun İcra Hakimiyyəti başçısına yeni xanım müavinlər təyin edilib. 

    "xeberinfo.com": Həmin rayonlar Masallı, Biləsuvar və Cəlilabaddır. Masallı rayonunda başçının humanitar məsələlər üzrə müavini vəzifəsinə Gülşən Seyfulla qızı Xəlilova təyin edilib. Bu haqda xanımın özü məlumat verib. 
   1981-ci il təvəllüdlü Gülşən Xəlilova Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsinin məzunu olub. 10 il Masallıda orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. 2012-ci ildən isə rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 
    Bu günlərdə isə həmin şöbənin rəhbəri və başçının müavini təyin olunub. G.Xəlilovadan öncə bu vəzifəni Nəsir Muxtarlı icra edib. 

     Son məlumata görə, dünən Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Xəyalə Nazim qızı Qəmbərova təyin edilib. 

      Buna qədər o, Bakıda yaşayıb, müəllim işləyib və seçki komissiyasında çalışıb. 

      Cəlilabadda isə Dürdanə Rafiq qızı Əliyeva həmin şöbəyə rəhbər gətirilib. 

      Qeyd edək ki, xanımların rəhbər vəzifəyə gətirilməsi Prezident Administrasiyasının göstərişinə əsasən həyata keçirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam