Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan administrasiyası Netanyahunun açıqlamasına cavab verib

 

Netanyahunun Ərdoğan “bizə dərs deyə biləcək sonuncu şəxsdir” sözlərinə Türkiyənin prezident administrasiyasından cavab gəlib. 

Yenixeber.org xəbər verir ki, Türkiyə prezident administrasiyası baş nazir Benyamin Netanyahunu “soyqırım haqqında hər şeyi deyə bilən və əxlaqdan danışa bilən sonuncu şəxs” adlandırıb.Türkiyə prezidenti çərşənbə günü Netanyahunu bir daha Adolf Hitlerlə müqayisə edərək tənqid edib. Öz növbəsində Netanyahu deyib ki, “kürdlərin soyqırımını həyata keçirən və onun rejiminə qarşı çıxan həbs olunan jurnalistlərin sayına görə rekorda sahib olan Ərdoğan bizə əxlaqı öyrədə bilən sonuncu şəxsdir”.
"İsrailin baş naziri Netanyahu soyqırımla bağlı demək istədiyi sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə belə, tarix onu müharibə cinayətkarı kimi qınayacaq .. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin baş naziri Netanyahudur”, - deyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl dəfələrlə İsrailin baş naziri Benyamin Netanyahunu “cəllad” və “qatil” adlandırıb və onun siyasi karyerasını uzatmaq və İsraildə ona qarşı açılan məhkəmədən yayınmaq üçün Qəzza zolağında soyqırım törətdiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam