Redaktor seçimi
Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova qanunları belə tanıyır -
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputat… -
RUSLARIN QAFQAZ ƏNDİŞƏSİ… -
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti -
Qoşqar Təhməzlinin məktubu “Dumanlı Albiona”ya bənzədildi:  Bu hadisənin səbəbkarlarından birincisi Sizsiniz! -
Sabirabaddakı  “OMEQA” Klinikası ilə Qazaxın icra başçısını nə bağlayır?-
Abdin Fərzəliyev Qarabağ qazisini ölkə xarici edir... -
Qoşqar Təhməzli, daha nə olmalıdır ki, Sizdən "səs çıxsın" –
Günün xəbəri

Hadisənin Bakı konsertində biabırçılıq – Camaatı soydular /FOTOFAKT

Türkiyə müğənnisi Hadisə Bakıya gəlib. O, “Dalğa beach”də konsert proqramı ilə çıxış edir. Konsert açıq havada olduğu üçün tamaşaçılar özləri ilə su gətiriblər.

Yenixeber.org: Girişdə mühafizə xidməti hər kəsdən suları yığıb.

İnsanlar da məcbur qalıb əllərində tutduqları suyu zibil qutusuna atıb.
Konsert keçirilən yerə daxil olduqda isə suyun qiymətini görənlər şok olub. Mağazalarda qiyməti 40-50 qəpik olan yarım litr adi sular burada 3 manata satılır. Əksər dinləyicilər də məcbur qalır həmin suları bu qiymətə almalı olur.

Maraqlıdır, qanun buna nə deyir?

Məsələ ilə bağlı bizə açıqlama verən hüquqşünas Şamil Paşayev deyib ki, hər hansı tədbirə əldə su ilə getmək qanun pozuntusu deyil.

“İstənilən konsertdə, tədbirdə, restoranda, obyektdə vətəndaşın, tamaşaçının əlindən suyun və digər içəcəklərin alınması qanunsuz və əsassızdır. Həmin insanlar mənəvi zərərə görə şikayət vermək hüququna malikdirlər.

Vətəndaşlar bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilərlər”,- deyə hüquqşünas deyib.
Konsertin təşkilatçılarının mövqeyini dərc etməyə hazırıq.

   

Tamaşaçılardan zorla və qanunsuz şəkildə alınan sular

Zaira Akifqızı, (Globalinfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam