Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

GDU-nun müəllimi "Akademik Palma" ordeni ilə təltif olundu


17 sentyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının akt zalında prorektorların, dekanların, Xarici dillər fakültəsinin tabeliyində olan kafedra müdirlərinin, Fransız dili kafedrasının müəllimlərinin, fransız dili müəllimliyi ixtisasında təhsil alan tələbələrin iştirakı ilə Fransa Respublikasının Azərbaycandakı səfiri cənab Paskal Mönye ilə görüş olmuşdur Görüşdə səfirliyin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Yoan Şiterer və əməkdaşlıq və mədəniyyət üzrə attaşe Vansan Lorenzini də iştirak etmişdir.

 

"Xeberinfo.com":  Məlumata görə, görüşü giriş sözü ilə açan pektor professor Yusif Yusibov qonaqları salamlayaraq ilk növbədə bildirdi ki, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan dövlətlərdən məhz ikincisi Fransa olmuşdur. Bu da təsadüfi deyil. Azərbaycan Fransa əlaqələrinin öz tarixi var. Hal-hazırda da bu əlaqələr hər sahədə xoş məramla davam etdirilir.
Hər iki dövlət arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsuində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu xüsusilə vuğulandı. 
Rektor qeyd etdi ki, bu əlaqələrin bizim universitetdə də öz bəhrəsini verməsi olduqca sevindirici haldır. Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden Universitetləri ilə əməkdaşliğimiz genişlənməkdədir.1970-ci ildən fəaliyyət göstərən Beynəlxalq Frankofoniya Təşkilatı tərəfindən təsis edilən, fransız dilini və mədəniyyətini sevdirməyə, təbliğ etməyə xidmət göstərən Frankofoniya (fransız dili günləri) kimi qeyd olunan və dünyanın 53 ölkəsində keçirilən bu bayram hər il bizim Universitetdə də fransız dilinə, mədəniyyətinə yüksək ehtiramın əlaməti olaraq təntənə ilə qeyd olunur.
Səfir cənab Paskal Mönye Fransa dövlətinə, onun mədəniyyətinə, dilinə xüsusi diqqətə və səmimi görüşə görə təşəkkürünü bildirərək qeyd etdi ki, həqiqətən Gəncə Dövlət Universitetində fransız dilinə xüsusi münasibət var və bu dilə qarşı maraq ildən-ilə artır. Fransiz dili müəllimliyi ixtisasinda oxuyan tələbələrin sayi artiq 100 nəfəri keçmişdir. Bu sahədə Fransız dili kafedrasının əməkdaşlarının, xüsusən kafedra müdiri Məhərrəm Orucovun əməyi təqdirəlayiqdir. Fransa Republikası Azərbaycan Fransa əlaqələrini yüksək qiymətləndirərək fransız dilinin Azərbaycanda təşviq olunmasında nümunəvi əməyi olan Məhərrəm Orucovu MENB1429007D saylı Fərmanla Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif etmişdir.
Cənab səfir alqışlar altında Akademik Palma ordenini Məhərrəm Orucova təqdim etdi.
Bundan sonra cənab səfir böyük həvəslə müəllim və tələbələrin çoxsaylı suallarını cavabnlandırdı. 
Görüşün sonunda professor Yusif Yusibov Fransa dövlətinin kafedra müdiri Məhərrəm Orucovun simasında dostluq əlaqələrimizi dəyərləndirdiyi üçün kollektiv və öz adından təşəkkürünü bildirərək, Gəncədə doğulub yaşayıb yaratmış XII əsrin şairəsi Məhsəti Gəncəvinin portreti toxunmuş xalçanı xatirə hədiyyə kimi cənab səfirə təqdim etdi.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam