Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı modern məktəbinin yeni korpusu açıldı

 

Bu gün Bakı Modern Məktəbinin yeni tədris korpusunun açılışı olub.

           

"Xeberinfo.com":   Məlumata görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

            Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər çıxış edənlər Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi naminə sərf etdiyi əməyə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirərək, yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

 

Qeyd edək ki, 2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan  sözügedən təhsil ocağında Azərbaycan, rus və ingilis dillərində həyata keçirililən tədris proqramı ibtidai (I-IV), ümumi orta (V-IX) və tam orta təhsil (X-XI) səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam