Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə

 

Azərbaycanda orta məktəb direktoru işləyən və ya direktor olmaq istəyənlər üçün yeni elektron resurs istifadəyə veriləcək.

"Xeberinfo.com":    Məlumata görə, bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.


Artıq iki ildir ki, Təhsil Nazirliyi tərəfindən direktor olmaq istəyənlər üçün təlimlərin keçirildiyini xatırladan nazirlik rəsmisinin sözlərinə görə, bu ilin oktyabr-noyabr aylarında elektron təlimlərin ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Artıq bununla bağlı videoların bir hissəsi hazırdır.

E.Əmrullayevin sözlərinə görə, seçilmiş namizədlər üçün ənənəvi təlimlərin keçirilməsi davam etdiriləcək. Elektron təlimlər isə açıq olacaq. Bu təlimlər məcburi xarakter daşımayacaq: “Kim istəsə, bu resursdan onlayn qaydada istifadə edə biləcək. Bu təlimlər vasitəsilə müəllimlər, direktorlar özlərini daim yoxlaya biləcəklər. Direktor olmaq istəyən, yaxud direktor özü bu təlimlərə könüllü şəkildə öz imkanlarını yoxlamaq baxımından cəlb oluna bilər”.

Şöbə müdiri bildirib ki, bu il ən əhəmiyyətli məsələlərdən biri direktor olmaq istəyənlər üçün keçirilən təlimlərin standartının hazırlanması olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam