Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“XİN-də Harvard məzunlarını savadsız kimi qələmə verirlər”

“Mənə elə gəlir ki, XİN-in fəaliyyəti ilə bağlı ən böyük tənqidi prezident İlham Əliyevin özündən eşitdik”.

Xeberinfo.com:  Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı sabiq səfiri Tofiq Zülfüqarov bunu “Azadlıq” radiosuna müsahibəsində 2015-ci ilin 19 mayında Bakıda baş verən məlum yanğından sonra XİN-in məmurları tənqid edən bir neçə diplomatının vəzifədən çıxarılmasını şərh edərkən deyib.

T.Zülfüqarov hesab edir ki, əgər dövlət qulluqçusu siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə ya istefa verməli və o işlə məşğul olmalı, ya da məmur kimi elə məmur kodeksinə əməl etməlidir: “Mən səfir olsaydım, sizinlə indiki kimi sərbəst danışa bilməzdim. Bir də, həmin insanlar, mənim bildiyimə görə, əvvəllər siyasi baxımdan heç də fəal olmayıblar. Normal şəkildə karyeralarını qurublar. Bu krizisin arxasında başqa məsələlər durur. Yəni diplomatik korpusdakı gərginliklər başqa yerdən qaynaqlanır, bəzən belə yanaşmaya şahid olursan: “Bu özümüzünküdür, bu isə qıraqdan gələndir”. Belə bir korporativ əhval-ruhiyyə var. Əsas məsələ bununla bağlıdır, siyasi məsələlərlə yox. Hesab edirəm ki, bu problemi cənab prezident həll etməlidir.

Bir misal da gətirim. Təəssüf ki, Harvardı bitirən, yüksək biliklərə malik insanlar XİN-də bacarıqsız, savadsız kimi qələmə verilir. Digərləri, gülməli addımlar atanlar, özünü layiqincə aparmayanlar bacarıqlı diplomatlar kimi təqdim edilir. Kadr siyasətində böyük səhvlər var və bunlar aradan götürülməlidir”.

“Xarici işlər naziri Elmar Məmmədyarov istefaya göndərilməlidirmi” sualına cavabında T.Zülfüqarov bildirib ki, bu, ölkə başçısının səlahiyyətinə aid olan məsələdir: “Mənim fikirimi soruşsanız, ciddi addımlar atılmalıdır, özü də ən ciddi addımlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam