Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Anar Həsənov məsuliyyətsiz biri olub”

 

"Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov peşəkarlıqdan və etik davranış qaydalarından tamamilə kənar və məsuliyyətsiz bir əməkdaş olub".

"Xeberinfo.com":  Məlumata görə, bunu Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov deyib. 


Səfir qeyd edib ki, A.Həsənov fəaliyyəti dövründə kobud xidməti nöqsanlara yol verib: "O, diplomatik xidmətə tam yararsız olduğunu sübut edib. Onunla nə qədər izahedici iş aparılsa da heç bir faydası olmayıb. Vəzifəsinin artırılması xülyasında olan bu şəxsin hər hansı fərqləndirici peşəkar xüsusiyyətlərinin olmadığını nəzərə alaraq, buna etiraz etmişəm.

Anar Həsənovun xidmət dövründə yol verdiyi ciddi qüsurlarını və məsuliyyətsiz davranışını nəzərə alaraq, mən onun uzunmüddətli ezamiyyətdən geri çağırılması barəsində XİN-nin rəhbərliyi qarşısında məsələ qaldırmışam. Bu əsasda onun işdən azad edilməsi haqqında qərar qəbul edilib. Təsadüfi deyildir ki, Anar Həsənov 7 illik diplomatik xidməti dövründə sadəcə ən aşağı pillədən bircə addım yuxarı, 3-cü katib vəzifəsinə çatmışdır. Halbu ki, 37 yaşlı diplomatlar hazırda nazirlikdə şöbə müdiri, idarə rəisi, xaricdə səfir kimi digər məsul vəzifələrdə çalışmaqdadırlar. Onun xidməti vəzifəsində irəli addım ata bilməməsi şəxsi, professional bacarıq və dünya görüşünün son dərəcə aşağı olduğunun təzahürüdür. Özünün diplomatik xidmətə uyğun gəlmədiyini dərk edən A. Həsənov son əlac kimi şər- böhtanlara əl ataraq diplomatik uğursuzluğunun səbəblərini ört-basdır etməyə çalışır. Sizə qəribə gəlmir ki, Avstraliyadan əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyindən də uzunmüddətli ezamiyyədən 11 ay sonra o, eyni səbəblərdən geri göndərilmişdir. Bu yaş həddinə çatmış A. Həsənovun diplomatik xidmətdə irəliləyə bilməməsi XİN-də kadrların seçiminə diqqətlə yanaşıldığını göstərir. İndi təəssüf edirəm ki, belə bir şəxsə Səfirlikdə özünü doğrultmaq imkanı verdik.

Əminliklə deyə bilərik ki, xidməti fəaliyyətində qüsurlara yol verən şəxslərin XİN sistemindən azad edilməsi davam etdiriləcəkdir.

Anar Həsənov iddia edir ki, ona qarşı təzyiqlər göstərilir və cəza tədbirləri həyata keçirilir. Xarici ölkədən geri çağırılmaq cəza tədbiridirmi? O, yalan və iftiralarına görə hələ ki, nə istintaqa cəlb edilib, nə məhkəmə orqanlarına izahat verib, nə də ki, həbs altındadır. Ümumiyyətlə Azərbaycan dövlətçiliyinin tarixini şübhə altında qoyan bir şəxsin müstəqil Azərbaycanın mühüm dövlət strukturlarına qara yaxmağa çalışması təəccüb doğurmur.

Tam əminliklə bildiririəm ki, onun tərəfindən KİV-ə ötürülən məlumatlar yalan və böhtan xarakterlidir. Vəzifədən azad edildiyinə görə küskün vəziyyətdə olan Anar Həsənov böhtan və təxribatçı fəaliyyətlə nəyəsə nail olmağa çalışır. Ölkəmizdə KİV-in azadlığı tam şəkildə təmin olunub və hər kəsin ifadə azadlığı hüququ vardır. Amma bu yalan və böhtana əsaslanmamalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam