Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstan və Ermənistanda bizdən, bizdə isə Türkiyədən daha azaddır... –Siyahı


"Freedom House" ("Azadlıq evi") təşkilatı internet azadlığı ilə bağlı dünyanın 70 ölkəsini əhatə edən növbəti hesabatını açıqlayıb.
Yenixeber.org: Hesabatda yer alan ölkələr arasında internet azadlığının ən pis vəziyyətdə olduğu ölkə əvvəlki illərdə olduğu kimi yenə də Çin hesab olunur.

Keçmiş SSRİ ölkələri arasında internet azadlığı Estoniya, həmçinin Ermənistan və Gürcüstanda mövcud olub.
Region ölkələrindən Qırğızıstan və Ukraynada internet "qismən azad", Belarus, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan və İranda "qeyri-azad" olub.
Region ölkələrinin 70 ölkə arasındakı mövqeyi belə olub:

2 – Estoniya
7 – Gürcüstan
14 – Ermənistan
29 – Ukrayna
36 – Qırğızıstan
51 – Azərbaycan
53 – Qazaxıstan
54 – Türkiyə
58 – Belarus
62 – Özbəkistan
65 – Rusiya
68 – İran

İnternet azadlığının ən yaxşı səviyyədə olduğu ölkələrin ilk 5-liyinə İslandiya, Estoniya, Kosta-Rika, Kanada və Tayvan daxil olub.
İnternet azadlığının ən aşağı səviyyədə olduğu ölkələrin ilk 5-liyinə isə Çin, Myammar, İran, Kuba və Vyetnam daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam