Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Anglo Asian Mining" Azərbaycanda Zəfər yatağında qiymətli metal ehtiyatlarının həcmini açıqlayıb

"Anglo Asian Mining" (AAM) Gədəbəy rayonundakı yeni Zəfər yatağında qiymətli metalların ilkin həcmini açıqlayıb.
Yenixeber.org: Şirkətdən verilən məlumata görə, yataqda 28 min tonadək mis, 73 min unsiya qızıl və 36 min tonadək sink mövcuddur.
"Layihə ildə 700 min tonadək filiz hasilatına əsaslanıb (həcm faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş JORC beynəlxalq təsnifat sisteminə əsaslanıb). Mövcud emal müəssisələrindən təqribən 850 metr məsafədə və minerallaşma müəssisəsindən 1000 metr aralıda iki tunelin inşası artıq başlanıb. Bundan başqa, ikiqat tunellərin, enerji və kompressor platformalarının, həmçinin avadanlıq yerləşdiriləcək ərazinin inşası üçün torpaq işləri tamamlanıb. Paralel olaraq ofis, emalatxana və ağır avadanlığa xidmət obyektlərinin yaradılması üzrə işlər görülür", - şirkətdən bildiriblər.
Xatırladaq ki, bundan əvvəl şirkət Gilar yatağında 135 min unsiya qızıl, 21,5 min ton mis və 23 min ton sinkin olduğunu bildirmişdi.
"Anglo Asian Mining" yaxın illərdə Azərbaycanda Qaradağ, Xarxar və Dəmirli kimi müqavilə zonalarını istismara verməyi planlaşdırır. Şirkət işğaldan azad edilmiş ərazilərdə Zəngilan rayonunda Vejnəli qızıl yatağının kəşfiyyatına artıq başlayıb.
"Anglo Asian Mining" tərəfindən Azərbaycanda istehsal olunan qızıl külçələr əsasən İsveçrəyə, mis isə Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam