Redaktor seçimi
Solovyovun hiddəti, Simonyanın “qeyrəti” və inildəyən əsgərlər – 
Azərbaycan xarici siyasətində yeni istiqamət:
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia -
İranla nə baş verir, nə etməli? -
Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir -
İranda nə baş verir: etiraz, yoxsa inqilab? -
“Ağazadə”lərin eyş-işrəti... — Ayətullahlar şiələrin pulunu hara xərcləyir? /
“Laçın dəhlizi” əməliyyatı: Bakı nəyə hazırlaşır?-
Günün xəbəri

Xarici blogerlər:"Azad olunan ərazilərində erməni işğalı dövründə kütləvi dağıntılar törədilib"

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri etmiş bir qrup bloger yerli mediada və sosial şəbəkə hesablarında təəssüratlarını bölüşüblər.

Yenixeber.org:  Xarici blogerlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə, o cümlədən Şuşa, Füzuli, Zəngilan və digər rayonlara səfər edərək burada erməni işğalı altında olan dövrdə həmin ərazilərdə törədilmiş kütləvi dağıntılar, o cümlədən minalanmış ərazilər, məscidlərin dağıdılması və hazırda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

“Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazisində kütləvi dağıntılar törədilib, şəhərlər bütövlüklə yer üzündən silinib. İran sərhədinə 10 kilometr qalmış ərazidə dağıdılmış məscidlərdən birini gördük”, - Deyv Qordon adlı bloger özünün feysbuk səhifəsində bildirib.

“Qarabağ ərazisi 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycan tərəfindən azad olunub. Ərazidə zərərsizləşdirilməli milyonlarla minanın mövcud olmasına baxmayaraq, gələcəyin yenidən qurulması prosesi artıq başlayıb. Bir il ərzində artıq 50 ailə üçün nəzərdə tutulmuş “Ağıllı ev”lər və Füzuli rayonunda hava limanı istifadəyə verilib,” - bloger vurğulayıb.

Digər bloger Şay De Luka isə özünün tviter hesabında yazıb: “Şərqin Qərblə qovuşduğu məkana - Bakının paytaxtı Azərbaycana xoş gəlmisiniz. Antisemitizmin son onilliklər ərzində görmədiyimiz səviyyələrə qalxdığı bir dövrdə əksəriyyəti müsəlman olan bu ölkədə yəhudilər çox tolerant mühitdə yaşayırlar.

Biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmişik. Burada kilometrlərlə məsafədə uzanan mina sahələrindən ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün yaradılmış keçid məntəqəsindən keçməli olduq. Biz israillilər müharibənin reallığını çox yaxşı bilirik”.

“Hazırda Azərbaycanın Qarabağ bölgəsində səfərdəyik. Burada hər yerdə mina sahələri var. Bütün kəndlər darmadağın edilib. Uzaqdan minanın zərərsizləşdirilməsi prosesini izlədik. Biz düz İranla sərhəddəyik. Burada gördüyünüz dağlar və onların ətəyində yerləşən binalar İranın ərazisidir”, - israilli bloger Adam Zivo tviter səhifəsində bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam