Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Bakıda həkimlərə məcburi forma satılır

 

Bakı şəhəri Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Həmidov Mürsəl tibb işçilərini üzərində milli bayraq olan uniforma ilə işə buraxmır.
 
  "Xeberinfo.com" axar.az-a istinadla xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində “Sancaq prodakşn” məlumat yayıb. Məlumata görə, baş həkim formaları onun dediyi konkret mağazadan almağı həkimlərə tapşırıb. 
 
Həkimlərin dediyinə görə, baş həkim bu üsul ilə özünə yaxın olan mağazanın satışını təmin edir. Şikayət edən tibb işçiləri formanı başqa yerdən alanların işə buraxılmadığını deyib. 
 
Məsələ ilə bağlı Bakı şəhəri Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyası ilə əlaqə saxladıq. 
Stansiyanın baş həkimi özbaşına qərar qəbul etmədiyini dedi:

“Mən kiməm ki, özbaşına qərar qəbul edim? Nazirliyin müəyyən etdiyi geyim forması var. Qanun icazə vermir ki, kimsə o geyim qaydasını pozsun. Əgər bu günə qədər hansısa tibb işçisinin geyim qaydasını pozması barədə ona xəbərdarlıq etmişiksə, deməli, qanuna istinad etmişik”.

Baş həkim onu da bildirdi ki, müvafiq dövrlərdə həkimlərə pulsuz forma da paylanılır:

“Səhiyyə Nazirliyindən müvafiq dövrlərdə bizə formalar verilir. Biz həmin formaları həkimlərə paylayırıq. Yeni forma vaxtına qədər ola bilsin ki, kimsə formasını istifadəyə yararsız hala salıb. Biz həmin adama forma almağı qadağan etmirik. Ancaq deyə də bilmərik ki, get, al geyin. Daha yaxşı olar ki, bu kimi məsələlərdə həkimlər birbaşa mənim özümə müraciət etsinlər. Ehtiyatda qalan forma olarsa, pulsuz şəkildə onlara verərik”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam