Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Girov götürülən azərbaycanlılarla bağlı rəsmi açıqlama – VİDEO

 

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə ərazisində Azərbaycan vətəndaşlarının PKK tərəfindən girov götürülməsi və sonradan azad edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

"Xeberinfo.com":   Məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya verdiyi açıqlamada deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı konsulluğumuz Türkiyə hüquq-mühafizə orqanları ilə məlumatı aydınlaşdırıb.
Türkiyə hüquq-mühafizə orqanlarından Azərbaycanın Türkiyədəki səfirliyinə bildirilib ki, hadisə İqdır ilə Qars arasındakı Kağızman bölgəsində baş verib. Avtobusdakı Azərbaycan vətəndaşlarından ölən və ya xəsarət alan olmayıb.
Hazırda həmin avtobusda nə qədər Azərbaycan vətəndaşının olması araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.
Məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Qars konsulluğunun diqqət mərkəzindədir.

* * * 

Terrorçular partlayış törətdikdən sonra avtobusdakı insanları düşürüblər
Dünən Türkiyədə terrorçu qruplaşmalar Qars-Ərzurum-İğdır avtomobil yolunu kəsərək 100-ə yaxın insanı girov götürüb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtobus və avtomobillərdən düşürülən xeyli insan 2 saata yaxın girov saxlanıldıqdan sonra sərbəst buraxılıb. Terrorçuları sərnişinlərin sənədlərini və telefonlarını müsadirə edib. Girov götürülənlər arasında xeyli azərbaycanlı da olub. Onların əksəriyyəti İğdıra, oradan da Naxçıvana getmək istəyənlər olub.
Bildirilir ki, PKK terrorçuları əvvəlcədən planlaşdırılmış ssenari üzrə hərəkət ediblər. Onlar yolda qazdıqları xəndəkdə quraşdırdıqları partladıcını işə salıblar. Partlayışdan dərhal sonra pusqudan çıxan terrorçular avtobusları və avtomobilləri əhatə alıblar. PKK üzvləri Kağızman bələdiyyəsinə məxsus avtobusu və 3 yük maşınını da yandırıblar.
Terrorçuların sərbəst buraxdığı şəxslərin hamısı yaxınlıqdakı Karakurt qəsəbəsindəki təhlükəzislik qüvvələrinin köməkliyi ilə yola salınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam