Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Leyla Yunus və İntiqam Əliyevin həbs müddəti 3 ay uzadıldı

Leyla Yunus və İntiqam Əliyevin həbs müddəti 3 ay uzadıldı - YENİLƏNİB-2

 

 

     Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və vəkil İntiqam Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.
    "Xeberinfo.com": Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, hər iki şəxslə bağlı ayrı-ayrılıqda məhkəmə prosesi keçirilib və təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Proses zamanı təqsirləndirilən şəxslərin vəkilləri onların ev dustaqlığına buraxılmaları barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
     Vəkil Cavad Cavadov proses zamanı İ. Əliyevin səhhətinin pisləşdiyini və xüsusi maşınla İstintaq təcridxanasına aparıldığını da bildirib.
     Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci , İ. Əliyev isə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam