Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar -FOTO

Azərbaycanda səfərdə olan beynəlxalq səyyahlar işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minatəmizləmə işləri ilə tanış olublar.

Yenixeber.org: Əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmiləri tərəfindən səyahətçiləri maraqlandıran suallar cavablandırılıb.

Qonaqlara ermənilər tərəfindən basdırılan minalar, xüsusilə də mülki şəxsləri və uşaqları hədəfə alan silah-sursatlar haqqında məlumat verilib.

Agentliyin baş mütəxəssisi Mədət Məmmədov bildirib ki, Azərbaycanın əldə etdiyi müasir avadanlıqlar həmin minaları aşkarlamağa və zərərsizləşdirməyə imkan verir.

Daha sonra səyyahların marağı nəzərə alınaraq ərazidə aşkarlanan minaların zərərsizləşdirilməsi əməliyyatı həyata keçirilib.

Qeyd edək ki, sentyabrın 8-də dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar - FOTO








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam