Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Jurnalistlər Zabux kəndində ermənilərin yandırdığı evlərə baş çəkib

 

Bir qrup kütləvi informasiya vasitələri nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinin Zabux kəndinə səfər edib.

Yenixeber.org: Media nümayəndələri ermənilər tərəfindən yandırılan evlərə baş çəkiblər.

Erməni ailələri kəndi tərk edən zaman bir neçə evi, meşə ərazilərini yandırmaqla yanaşı, bəzi evləri də yararsız vəziyyətə salıb.

Hazırda kənddə Azərbaycan Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Laçın Rayon Polis Şöbəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xidmət aparırlar.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam