Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kamran Əliyev azad edilmiş ərazilərdəki prokurorlara tapşırıqlar verib

Avqustun 24-də Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun rəhbər heyəti ilə birlikdə Şuşa, Xocavənd, Zəngilan və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti ilə yerində tanış olub.

Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Rayon prokurorluqlarının işğaldan azad edilmiş ərazilərdə növbətçilik əsasında fəaliyyət göstərmələri üçün ayrılmış inzibati binalarda yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara xidməti ərazilərində hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə edərək aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə dəstək göstərməklə bağlı tapşırıq və tövsiyələrini verib.

Həmçinin Kamran Əliyev və Baş prokurorun müavini - Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 1 aprel 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamı əsasında yaradılmış Qubadlı Hərbi Prokurorluğunda olmaqla əməkdaşlarla görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

"Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər", - məlumatda qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam