Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Prezidentin sərəncamı ilə təltif edilən tibb işçilərinə fəxri adlar təqdim edilib

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilmiş tibb işçilərinə medal və fəxri adların təqdim edilməsi mərasimi baş tutub.

Yenixeber.org:  Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, qurumun struktur bölmə rəhbərləri və təltif edilən tibb işçiləri iştirak edib.

Açılış nitqi ilə çıxış edən V.Qurbanov səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədinin ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarət olduğunu bildirib. O, ölkəmizdə səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi, həmçinin həkimlərin sosial rifahının yaxşılaşdırılması üçün atılan addımların ölkə başçısının tibb sahəsinə göstərdiyi yüksək qayğının təcəssümü olduğunu qeyd edib.

Daha sonra Azərbaycan Prezidentinin 16 iyun 2022-ci il tarixli Sərəncamı ilə təltif edilmiş TƏBİB-in tabeliyində çalışan 19 tibb işçisinin medal və fəxri adları özlərinə təqdim edilib.

Tədbirdə təltif edilənlər adından çıxış edən Nərimanov Tibb Mərkəzinin həkim-qastroenteroloqu Elçin İsayev tibb işçilərinə göstərilən diqqət və qayğı üçün ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, həyata keçirilən tibbi islahatlar fonunda xidmət keyfiyyətinin yaxşılaşdılılması, həkimlərin sosial rifahının artırılması istiqamətində atılan addımlardan danışıb.

Qeyd edək ki, səhiyyə işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 14 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 2 nəfər “Əməkdaş tibb işçisi”, 3 nəfər isə “Əməkdar həkim” adına layiq görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam