Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Prezidentlərin görüşü barədə hələlik razılıq yoxdur”

 

“Həmsədrlər prezidentləri görüşdürmək istəyirlər, amma görüşün nə vaxt olacağını deyə bilmərəm”
“Bu ilin yarım ili ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəzərə çarpan irəliləyiş olmayıb”.
"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, müəyyən addımlar atılsa da, nəticə yoxdur: “Elə həmsədrlər buna görə də regiona səfər etdilər. İradə nümayiş etdirdilər ki, xarici işlər nazirləri, prezidentlər görüşsünlər. Amma Azərbaycan prezidenti bəyan edir ki, görüşə hazırdır, amma görüş görüş xatirinə olmasın”.
N. Məmmədov qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində görüşü barədə hələlik razılıq yoxdur: “Həmsədrlər prezidentləri görüşdürmək istəyirlər. Amma bu görüşün sentyabr, oktyabr, yaxud noyabrda olacağını deyə bilmərəm”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan gec-tez öz torpaqlarını qaytaracaq: “Yunanlar deyirlər ki, Allah kimisə cəzalandıranda əvvəlcə ağlını alır. İndi yəqin ki, Allah Ermənistan rəhbərliyinin ağlını alıb. Erməniləri iki yerə bölmək lazımdır. 6-7 milyon erməni müxtəlif ölkələrdə qoltuqlarda rahat yaşayır, 1-1,5 milyon isə Ermənistanda onların cəzasını çəkir, gələcəkləri yoxdur. Ermənistan müstəqillik qazanan zaman iddialarla çıxış etməsəydilər, indi Azərbaycanda da çox rahat yaşayırdılar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam