Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanın ən böyük körpüsünün tikintisi başa çatdı

 

Yeni çəkilən Ələt-Astara avtomobil yolunun 55-ci kilometrliyində, Kür çayının üzərindən keçən hissəsində tikilən Azərbaycanın ən böyük körpüsünün inşası başa çatıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə virtualaz.org saytının Şirvan bürosuna tikintinin sahə rəisi Pərviz Musayev məlumat verib.

P.Musayevin sözlərinə görə, körpünün parametrləri ilə yanaşı digər bir özəlliyi ondadır ki, tikintidə əsasən Malayziya, Türkiyə, Almaniya, Ukrayna və İsveçrədən gətirilmiş ən müasir və keyfiyyətli materiallardan istifadə olunub.

Hazırda körpüyə asfalt örtüyü çəkilməsinə hazırlıq işləri görülür. Bu məqsədlə beton örtüyün üzərinə bitum qatı çəkilir.

Xatırladaq ki, tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə “EVRASCON” şirkəti həyata keçirir. Bu avtomobil yolu körpüsü ölkənin cənub-qərb istiqamətində, Salyan rayonu ərazisində yeni çəkilən 4 zolaqlı yolun Kür çayı ilə kəsişdiyi yerdə tikilib. “Azəryolservis” ASC-nin sifarişi və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Almaniyanın “Kocks Consult GmbH” şirkəti layihə üzrə məsləhətçi qismində çıxış edir.

Tikinti işlərinə 2011-ci ildə başlanmışdı. Müqavilə dəyəri 33 milyon 822 min 759 manat olan körpünün tikinti müddəti 24 ay olmalı idi. Amma 2013-cü ilin fevral ayında başa çatdıırlması nəzərdə tutulan tikinti işləri xaricdən alınan tikinti materialların təchizatındakı yubanmalar ucbatından daha 2 il uzandı.

Buna baxmayaraq Qafqazın ən müasir və böyük körpülərindən biri artıq inşa olunub. Onun texniki göstəriciləırinə gəlincə isə qeyd edək ki, birinci dərəcəli körpü en kəsik göstəricilərinə görə tam uzunluğu 363 metr, tam eni 29,74 metr, çay üzərindən hündürlüyü 15 metrdir. Zolaqların sayı 4, hər zolağın eni 3,75 metr, ayırıcı zolağın eni 4,14 metr, səkinin eni 1,30 metrdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam