Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Vulkan yaxınlığında tikilən evlər sökülməlidir”

 

Xəbər verdiyimiz kimi, Hökməli qəsəbəsində vulkan təpəsinin ətəyində yaşayış evləri tikilir, torpaqlar satılmağa davam edir.
"Xeberinfo.com":  Artıq həmin ərazidə onlarla yaşayış evi istifadədir. Oxşar vəziyyət digər qəsəbələrdə də müşahidə olunmaqdadır. 
Bu durumun insan həyatı üçün nə dərəcədə təhlükəli olması məsələsinə aydınlıq gətirən Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu ərazidə heç bir obyektin tikilməsinə yol verilməməlidir: “O vulkan hazırda aktiv deyil, sönmüş vulkandır. Mənim həmin ərazilərlə bağlı hazırlanan layihədən xəbərim var və orada salınacaq hər biri tikilinin təhlükəsizliyi nəzərə alınır. Biz qiymətləndirmə aparıb bütün sənədləri təqdim etmişik. Harada hansı obyekti tikmək olar və ya olmaz, bütün bunlar razılaşdırılıb”. 
Vulkanın 40 ildən bir aktivləşməsinə gəlincə, ekspert bildirdi ki, vulkanın nə zaman təkrarlanacağını heç kim bilə bilməz: “Bu yerin alt qatlarında gedən proseslərdən asılıdır, sıxılma nəticəsində və ya zəlzələlərin təsiri ilə aktivləşə bilər. Məndə olan məlumatlara görə, Qobuda olan vulkan o dərəcədə də dəhşətli olmayıb, sadəcə bir neçə gün palçıq axını şəklində baş verib”.
Q.Yetirmişli bildirdi ki, həmin ərazidə yaşayış evlərinin tikilməsi tikinti normativlərinə görə, mümkün deyil:“Dövlət tərəfindən heç bir yaşayış binası orada tikilə bilməz. Lakin ola bilər ki, qanunsuz şəkildə fərdi yaşayış evləri tikilib. Azərbaycanda qanunsuz fərdi yaşayış evlərinin tikilməsi adi hal alıb. Nəinki vulkanın yaxınlığında, hətta vulkan palçığının üstündə də ev tikib yaşayanlar var. Bu təkcə Qobuda deyil, digər qəsəbələrdə də var. Bu torpaqlar bələdiyyələr tərəfindən onlara qanunsuz olaraq satılır, heç birinin sənədi də yoxdur. Əsasən də əhalinin aztəminatlı hissəsidir. Bu məsələ dəfələrlə gündəmə gətirilib, lakin nəzarət mexanimi yoxdur. Sulutəpə, Xırdalan qəsəbələrində vulkan təpələrinin üstündə yüzlərlə yaşayış evləri var. Yəqin ki, yaxın müddətdə onların hamısını sökdürəcəklər. Bu barədə hökumətin ciddi göstərişi də var ki, təhlükəli zonalarda tikilən evlər hamısı qeydə alınsın və tikinti zamanı heç birinə icazə verilməsin. Bu yaşayış evləri çox təhlükəlidir. Vulkan təpəsinin üzərində, yaxınlığında tikilən evlər vulkan püskürən zaman palçığın altında qalacaq”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam