Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NAXÇIVAN CƏBHƏSİNDƏ NƏ BAŞ VERİR?

 

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bir neçə gündür ki, yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə AzPolitika.info-ya hərbi mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Ordunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi cəbhənin Sədərək rayonu istiqamətində bir neçə gündür davam edən gərginliklə bağlıdır.“Sədərək istiqamətində gərginlik, hər an açıq toqquşma ilə nəticələnə bilər. Ordumuz bu istiqamətdə təxribatlar törətməyə cəhd edən düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır”, deyə mənbə saytımıza bildirib.

Cəbhənin Sədərək istiqamətindəki gərginliyin səbəbi kimi Ermənistan ordusunun mövqe dəyişmək cəhdi göstərilir. Bu cəhdin qarşısı alınıb.

Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonu istiqamətində Ermənistanla sərhəddə hər hansı insident barədə məlumat yaymayıb.

Qeyd edək ki, son günlər cəbhə bölgəsində gərginlik yenidən artıb. Azərbaycan Ordusu düşmənin 3 uçan pilotsuz aparatını məhv etdiyi haqda məlumat yayıb.

Tərxis vaxtı çatmış müddətli hərbi qulluqçuların ehtiyyata buraxılmasının yubadılması isə, bir neçə gündür cəmiyyətdə müharibənin başlaya biləcəyi haqda söz-söhbətlərə rəvac verib.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam