Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mübariz Qurbanlıdan səfirə cavab

 

“İŞİD nümayəndələri yalnız Azərbaycanla deyil, başqa ölkələrlə də bağlı bəyanatlar verirlər. Həmin bəyanatlara heç kim ciddi yanaşmır”.
"Xeberinfo.com":  Məlumata görə, bunu azvision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
İranın Bakıdakı səfiri Möhsün Pak Ayinin “İŞİD-in Qafqazda əsas hədəfi Azərbaycandır” deyə səsləndirdiyi fikirlərə münasibət bildirən komitə sədri bu iddianı ciddi qəbul etmədiyini bildirib.
M.Qurbanlı hesab edir ki, İŞİD üzvləri vaxtaşırı başlarından böyük bəyanatlar verirlər.
“İŞİD-in imkanları iddialarından aşağı səviyyədədir. Ona görə də İŞİD deyilən qruplaşmanın nümayəndələrinin bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Bunu da hanısa formada tirajlamağa ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü ölkədir. Ölkədə ictimai-siyasi, maliyyə, mənəvi sabitlik mövcuddur. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində beynəlxalq aləmdə gücümüz artıb. Cənubi Qafqazda Azərbaycan aparıcı dövlətdir. Odur ki, Azərbaycanın belə bəyanatlara fikir verməsinə ehtiyacı qalmayıb. Ölkə daxilində dini baxımdan sabitlik var”, - deyə komitə sədri vurğulayıb.
M.Qurbanlının sözlərinə görə, müsəlman ölkəsi olaraq Azərbaycan xalqının böyük əksəriyyəti ənənəvi islami dəyərlərimizə sadiqdir: “Ölkəmizdə hansısa formada - nə dini, nə etnik, nə də siyasi baxımdan qarşıdurma yaratmaq istəyi baş tutan məsələ deyil. Bu cür iddiaları ortaya atanlar sadəcə bəyanatlar verməklə gündəmdə qalmaq istəyirlər. Həmin bəyanatlara heç kim ciddi yanaşmır və buni ciddiyə almaq lazım deyil”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam