Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beynəlxalq Bankla bağlı mühüm yığıncaq

 

Sabah Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının ümumi yığıncağı keçiriləcək
 
"Xeberinfo.com":  Məlumata görə, bunu “Marja”ya maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
 
İclasda Banka yeni sədrin müəyyən olunmasına da baxılacağı gözlənilir.
 
Nazir müavini, “Beynəlxalq Bankın özəlləşdirilməsinə qərar verilməsi gözlənilirmi?” sualına “Bir müddət sonra Bankın Müşahidə Şurasının növbəti iclası keçiriləcək. Həmin iclasda müəyyən qərarlar veriləcəkdir” cavabını verib.
 
Qeyd edək ki, Bankın uzun illər sədri olmuş Cahangir Hacıyev “səhhəti ilə bağlı” istefa verib. Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.
 
NAZİR DƏ BU BARƏDƏ DANIŞMIŞDI
 
Xatırladaq ki, Aprelin 20-də maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın İdarə Heyətinə yeni sədrin seçilə biləcəyi vaxtı açıqlamışdı. Maliyyə naziri bildirmişdi ki, Banka yeni sədr İyul ayında seçilə bilər.
 
“Bankın Müşahidə Şurasının Ümumi yığıncağı İyul ayına planlaşdırılıb. İyulda idarə heyətinin üzvlərinin vaxtları da sona çatır. İyula qədər bizim vaxtımız var”,- o demişdi.
 
Nazir, “Bankın İdarə Heyətinin sədri vəzifəsinə namizədlər var?” sualına “namizədlər həmişə var” şəkilində cavab vermişdi.
 
Samir Şərifov bildirmişdi ki, Beynəlxalq Bankın özəlləşdirilməsi də gündəmdədir:
 
“Beynəlxalq Bankın özəlləşdirilməsi heç vaxt gündəmdən götürülməyib. Dövlət prinsip etibarilə dövlətə məxsus aktivləri, müəyyən strateji aktivlər istisna olmaqla özəllşdirməyə hazır olmalıdır.  Bu banka gəldikdə də Azərbaycan höküməti eyni mövqedədir. Müəyyən proqram var, bu proqram üzrə də işlər aparılacaq”.
 
Azərbaycanın ən iri bankına kimin təyin olunacağı maraqla gözlənilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam