Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha 100 azərbaycanlı Türkiyə vasitəsilə Bakıya yola salınıb -Ukraynadan

 

İndiyədək Ukraynadan Türkiyəyə təxliyə edilən 300-ə yaxın vətəndaşımız İstanbuldan Azərbaycana yola salınıb.

Yenixeber.org: Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan bildirilib.

Həmvətənlərimizin Azərbaycana yola salınması üçün Baş konsulluq tərəfindən bütün lazımi tədbirlər görülür.

Təxliyə prosesi Azərbaycanın Türkiyədəki Səfirliyi ilə birgə koordinasiya olunmuş şəkildə həyata keçirilir.

Sənədləri olmayan vətəndaşların müvafiq yol sənədi ilə təmin olunması, COVID-19 testi olmadan quru və hava yolu ilə dərhal vətənə yola salınması və digər bu kimi məsələlərin həlli üçün bütün imkanlar səfərbər olunub.

Azərbaycanlıların Vətənə yola salınması işləri isə davam etdirilir.

Martın 5-də daha 100 nəfərin Azərbaycana yola salınması planlaşdırılır.

Xatırladaq ki, bu məqsədlə ölkəmizin İstanbuldakı Baş konsulluğunun iki qaynar xətti daimi əsasda 24/7 fəaliyyət göstərməkdədir.

Ukraynadan gələn Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olan şəxslərin aşağıdakı nömrələr vasitəsilə əlaqə saxlamaları xahiş olunub:

+90 544 104 0111
+90 536 613 8648


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam