Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstandan Azərbaycana -170 nəfər təxliyə edildi

Azərbaycanın Gürcüstandakı səfirliyi vətənə qayıtmaq istəyən 170 vətəndaşın təxliyəsini təmin edib.

Yenixeber.org: Bu barədə yerli bürosuna səfirlikdən məlumat verilib.

Martın 13 və 15-də Avropadan Türkiyə və Gürcüstan ərazisindən keçərək Azərbaycana qayıtmaq istəyən 50 vətəndaşın təxliyəsi həyata keçirilib.

Səfirliyin həm Gürcüstanın Xarici İşlər Nazirliyi, həm də Türkiyənin Gürcüstandakı səfirliyi və Baş Konsulluğu ilə apardığı danışıqlar nəticəsində Türkiyənin müxtəlif şəhərlərindən gələn 120 Azərbaycan vətəndaşı da ölkəyə yola salınıb. Vətəndaşlar Gürcüstan hökumətinin ayırdığı avtobuslar və polis patrul maşınlarının müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə çatdırılıb.

Təxliyə olunan Azərbaycan vətəndaşları “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) təhvil verilib.

Qeyd dək ki, Azərbaycan vətəndaşlarının sorğularının operativ cavablandırılması məqsədilə ölkənin Gürcüstandakı səfirliyində +994 50 250 07 10 saylı “qaynar xətt” və xüsusi komissiya yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam