Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın hərbi qüvvələri əsas səylərini -Kiyevin mühasirəsinə yönəldib

Rusiya hərbçiləri əsas səyləri Ukraynanın paytaxtı Kiyevin mühasirəyə alınmasına yönəldib.

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk sosial şəbəkəsində yerli vaxtla saat 18:00-a olan operativ məlumatında deyilir.

"İşğalçıların əsas səyləri Kiyevi mühasirəyə almağa və mühasirəyə aldıqları yaşayış məntəqələrində müqaviməti zəiflətməyə yönəldilib. İşğalçılar həmçinin yaşayış məntəqələrinə raket və bomba hücumlarını davam etdiriblər. İnfrastruktur və yaşayış binalarını dağıtmaq üçün artilleriya və çoxsaylı reaktiv reaktiv sistemlərdən istifadə ediblər", - məlumatda deyilir.

“Volınsk istiqamətində isə qoşunlarımızın vəziyyəti ciddi dəyişməyib.

Eyni zamanda, Seversk istiqamətində Çerniqov qəhrəmancasına müdafiə edilir. Belə ki, qoşunların əməliyyat qruplaşmasının bölmələri işğal olunmuş ərazilərdə mövqe tutur.

Həmçinin, Çerniqov vilayətinin Mixaylo-Kotsyubinskoye qəsəbəsində çayın üzərindəki körpü dağıdılıb.

Slobozhansk istiqamətində bölmələr müdafiə döyüşlərini davam etdirir, düşmənin atəş nöqtələrini uğurla məhv edir. Belə ki, birləşmiş qüvvələr iki əməliyyat-taktiki qruplaşmanın qüvvələri ilə əvvəlki kimi müdafiə əməliyyatı aparır.

Bundan əlavə, Primorsk istiqamətində qoşunların əməliyyat qrupu dəniz sahillərinin mühafizəsini təmin edir və Nikolayev şəhərinin mühasirəyə alınmasının qarşısını almaq üçün döyüş tapşırıqlarını yerinə yetirir”, - Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xəbərində vurğulanır.

“Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri düşmənin hava zərbələrini dəf edir. Sistemli hərbi əməliyyatlar aparmağa davam edir. Hazırda rus işğalçıları artıq 37 təyyarə və 37 helikopter itirib”, - məlumatda əlavə olunub.

Qeyd edilir ki, Kiyev şəhərinin müdafiəçiləri Rusiya hərbçilərinin hücumunu dəf etməkdə, onun hücum qruplarını darmadağın etməkdə və müəyyən xətləri saxlamaqda davam edirlər.

"Düşmən ruhdan düşüb. Yerli əhali Rusiyanın burada xoş qarşılanmadığını hər formada göstərir. Ölkə boyu mübarizə davam edir. Biz birlikdə qalib gələcəyik!", - xəbərdə deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam