Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gün 500 azərbaycanlı -Xarkovdan təxliyə edilib

Bu gün 500 azərbaycanlı Xarkovdan təxliyə edilib
Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq, Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir.
Yenixeber.org: Bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulluğundan bildirilib.

“Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhədini keçmələrinə köməklik göstəriləcək. Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılmışdır. Xarkov şəhərini tərk etmək istəyən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.

Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”, - qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam