Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV:“Volodimir Zelenskini öldürmək üçün Kiyevə 400 muzdlu göndərilib”

KİV: “Volodimir Zelenskini öldürmək üçün Kiyevə 400 muzdlu göndərilib”

“Ukraynanın paytaxtı Kiyev şəhərində Kremlin tapşırığı ilə 400 muzdlu fəaliyyətdədir”.

Yenixeber.org: “The Times” bildirir ki, onlara Ukrayna Prezidenti Volodimir Zelenski və nazirləri öldürmək, habelə şəhərin Rusiyanın nəzarətinə keçməsi üçün zəmin yaradılması tapşırığı verilib.

“Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxs tərəfindən idarə olunan “Vaqner” özəl hərbi şirkəti beş həftə öncə Zelenski hakimiyyətini başsız qoymaq missiyası ilə Afrikadan muzdlular göndərib”, - nəşr vurğulayıb.

“Vaqnerçilər”in missiyası haqqında məlumat fevralın 26-da Ukrayna hökumətinin masasında olub və bir neçə saat sonra paytaxt Kiyevin Rusiya diversantlarından təmizlənməsi üçün 36 saatlıq komendant saatı elan edib.

Xatırladaq ki, hazırda Mərkəzi Afrika bölgəsində Rusiya dəstəkli “Vaqner” qruplaşmasının muzdluları fəaliyyət göstərir. Onlar Liviya, Suriya kimi ərazilərdə Moskvanın qeyri-rəsmi tapşırıqlarını yerinə yetirməklə tanınırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam