Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident və xanımı Atletlər və Media kəndlərinin açılışında

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bu gün Atletlər və Media kəndlərinin açılışlarında iştirak ediblər.

 

"Xeberinfo.com":  Dövlətimizin başçısı və xanımı əvvəlcə Atletlər kəndində oldular.

 

Prezident İlham Əliyev Atletlər kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Gənclər və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov dövlətimizin başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Atletlər kəndində 13 yaşayış və bir inzibati bina fəaliyyət göstərir. Yaşayış binalarındakı 1042 mənzildə 7499 nəfərin qalması üçün hər cür şərait var.

 

Prezident və xanımı mənzillərdə, ticarət mərkəzində, eləcə də dünya və Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu yeməkxanalarda, tibb məntəqəsində yaradılan şəraitlə tanış oldular.

 

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Media kəndində oldular.

 

Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.

 

Dövlətimizin başçısı və xanımı akkreditasiya, klub-istirahət mərkəzlərinə, media nümayəndələri üçün mənzillərə və yeməkxanaya baxdılar.

 

Bildirildi ki, Media kəndindəki dörd yaşayış binasında ümumilikdə 536 mənzil var ki, burada da 1830 nəfər qala bilər. Media kəndində 500 yerlik yeməkxana, klub-əyləncə və s. mərkəzlər fəaliyyət göstərir.

 

Sonda xatirə şəkli çəkdirildi.

 

AZƏRTAC


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam