Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN:"Qarabağa səfər üçün kiməsə üstünlük hüququ yoxdur"

DİN: Qarabağa səfər üçün kiməsə üstünlük hüququ yoxdur

"Qarabağa səfər üçün bilet almış şəxsin icazəsi elə həmin tarixdən başlayır. Bu ərazilərə səfərlər zamanı üstünlük hüququ olan insanlar yoxdur. Hamıya bərabər şərait yaradılıb".

Yenixeber.org: Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov deyib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, hazırda hər kəs işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir, amma avtobusların sayı buna imkan vermir: "Bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub. Prosesin gedişində avtobusların sayı artırıla bilər. Həmçinin tələb irəli sürülüb ki, insanlar gediş-dönüş biletini eyni anda alsınlar. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə bu fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub”.

“Bu səfərlər yalnız ölkə vətəndaşlarına aiddir. Gələcəkdə lazım gələrsə xarici vətəndaşlar üçün turizm səfərləri təşkil olunacaq”, - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam