Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təmas xəttindəki evlərə istinad divarları tikilir - Video

 

”Pəncərədən güllə düşürdü içəri, amma indi rahatdır, işığımızı da yandıra bilirik”

 

"Xeberinfo.com":  Təmas xəttində, erməni mövqelərinə yaxın yerləşən evlərin mühafizəsi məqsədi ilə istinad divarlarının tikintisi davam edir. Tərtər rayonunun Yuxarı Qapanlı və Yuxarı Qaradağlı kəndlərinin bir hissəsi erməni silahlı bölmələrinin mövqelərinə yaxın ərazilərdir. Burada evlərin düşmən mövqeyindən aydın görünməsi daim ciddi təhlükədən xəbər verir. 
Atəşkəsin mütəmadi olaraq pozulduğu bu ərazilərdə yaşayan əhali üçün təsərrüfat işlərində çalışmaq da çətindir. Erməni silahlıları evləri və dinc sakinləri atəşə tuturlar. Bu səbəbdən də xüsusi təhlükəli hesab edilən bir neçə evin qarşısında istinad divarı çəkilib.
”Əvvəllər bizim həyətin giriş qapısı buradan idi. Erməni postundan üzbəüz olduğuna görə, maşın girəndə də, çıxanda da atırdılar. Dövlətimiz tərəfindən bura ölçüldü, biçildi. Təhlükəli olduğuna görə, bura istinad divarı çəkildi” deyə Yuxarı Qapanlı kənd sakini Alim Hüseynov bildirib.
Mühafizə məqsədi ilə tikilən divarlar evlərin hündürlüyü səviyyəsindədir. Sakinlər deyirlər ki, qısa müddət ərzində inşa edilən divarlar təhlükənin qarşısını alır:”İndi rahat hərəkət edirik. İşığımızı yandırırq. Evdə rahat otururuq. Bayaqdan pəncərədən güllə düşürdü içəri, amma indi rahatdır, çox yaxşıdır” deyə Yuxarı Qaradağlı kənd sakini Elmira Kərimova bildirib.
Sakinlər həm də bildirirlər ki. ermənilərin onları hədəf seçməsinə baxmayaraq, burada yaşamaq əzmlərini qıra bilməyəcəklər. Dövlətimizə və ordumuza olan arxayınlıq onları daha da ruhlandırır. (Region TV)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam