Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilərin hücunu davam edir

 

Ermənilər Tərtərin Qapanlı kəndini işıqla təmin edən əsas paylayıcı şəbəkənidə atəşə tutaraq sıradan çıxarmağa çalışırlar

  "xeberinfo.com": Son günlər ermənilərin təmas xəttində ən intensiv atəşə məruz qoyduqları rayonlardan biri də Tərtərdir. 

    Tərtərin təmas xəttinə ən yaxın məsafədə yerləşən kəndi Qapanlıdır. Kəndin bəzi yerləri hətta Ermənistan Silahlı Qüvvələrinin 100 metr yaxınlığındadır. 
      Son 3 gün ərzində Qapanlı kəndində Ermənisan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulur. Bu səbəbdən də Qapanlıda gecə evlərin hamısında işıqlar söndürülür. 

     Əhali hətta avtomobilləri belə işıqları yandırmadan idarə edilir. Kəndin yalnız beton piltələrlə müdafiə səddi qurulan hissəsində, sərbəst hərəkət etmək mümkündür. Digər açıq ərazilər isə qarşı tərəfin asanlıqla hədəf ala biləcəyi yerlər olduğundan heç kim bu ərazilərə çıxmır. 

      Qarşı tərəf həmçinin Qapanlını işıqla təmin edən əsas paylayıcı şəbəkənidə atəşə tutaraq sıradan çıxarmağa çalışır. Bunun qarşısını almaq üçün transformatorun önünə beton piltələr və mişar daşları döşənib. 

     Üç gündür Ermənistan Silahlı Qüvvələri kəndi intensiv atəşə tutsada kənd sakinləri arasında yaralanan və ölən yoxdur. Evlərin dam örtüklərinə və qapılarında olan güllə izlərindən aydın başa düşmək olar ki, qarşı tərəf kəndi iri çarplı silahlardan atəşə tutub. İndidə kənddə ara sıra güllə səsləri eşidilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam