Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BRÜSSELDƏ ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ OLACAQ -Avropa İttifaqının təklifini hər iki tərəf qəbul edib

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel regiondakı vəziyyəti və dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammitinə hazırlığı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb.

Yenixeber.org:  Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Sammit çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib.

 

 

"Liderlər Aİ-nin dəstəklədiyi firavan və sabit Cənubi Qafqaz üçün regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılaşıblar", deyə Aİ-nin məlumatında qeyd olunub.

Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam