Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Kanada ABŞ-ın tələbini rədd etdi: -"Huawei" rəsmisi azadlığa buraxılır

Kanada ABŞ-ın tələbini rədd etdi:   "Huawei" rəsmisi azadlığa buraxılır
Kanada Çin korporasiyası olan "Huawei"in maliyyə direktoru Menq Vançjounun ABŞ -a təhvil verilməsi ilə bağlı tələbi rəsmi şəkildə rədd edib.
Yenixeber.org: Bununla bağlı qərar Vankuverdə Britaniya Kolumbiyası Ali Məhkəməsi hakiminin müavini Xizer Holms tərəfindən elan edilib.

"Dinləmələr əsnasında əməkdaşlıq etdiniz və nəzakətli davrandınız. Məhkəmə bunu qiymətləndirir və sizə təşəkkür edir"- Holms Menqə müraciətində deyib.
Kanada Ədliyyə Nazirliyi Menqin ölkə ərazisini tərk etmək hüququna malik olduğunu təsdiqləyib.

Qeyd edək ki, Menq Vançjou 2018 -ci ilin dekabrında Meksikaya gedərkən ABŞ -ın tələbi ilə Vankuver Hava Limanında saxlanılıb. O, ABŞ -da İrana qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinirdi.

O vaxtdan bəri Çin də iki Kanada vətəndaşını saxlayıb və əvvəllər məhkum edilmiş bir Kanadalıya verilən cəzanı 15 il həbs cəzasından edam cəzasına dəyişib. Bundan sonra hər iki ölkə öz vətəndaşlarına qarşı tərəfə səyahət zamanı həbs təhlükəsi ilə üzləşə biləcəyi barədə xəbərdar etdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam