Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sərhəddə gərginlik: -"Taliban" 16 türkmən hərbçini öldürdü

Sərhəddə gərginlik:   "Taliban" 16 türkmən hərbçini öldürdü
Türkmənistanda 16 hərbçinin ölümü ilə bağlı müəmmalı durum yaranıb.
Yenixeber.org: Xarici KİV-lərin yaydığı məlumata görə, ölkənin Əfqanıstanla sərhədi yaxınlığında iki zabit və 16 əsgər öldürülüb.

Qeyd edilir ki, yerli media səlahiyyətlilərin fərqli məlumat yaydığını yazıb. Belə ki, bütün hərbçilərin paytaxt Aşqabad yaxınlığında baş verən bir qəzada öldüyü açıqlanıb. Ancaq qurbanların yaxınları əsgərlərin Əfqanıstanla həmsərhəd olan Marıydan gətirildiyini iddia edirlər.

“Dəfn mərasimində tabutları açmağı qəti şəkildə qadağan edən hərbçilər də olub. Qəza kimi təqdim olunan bu faciəvi hadisənin həqiqətən də "Taliban" qruplaşmasının Türkmənistanla sərhədlərdəki fəaliyyəti ilə əlaqəli olduğunu iddia edənlərin sayı çoxdur”,-deyə məqalədə yazılıb.

Qeyri-rəsmi məlumatlara görə, Aşqabad Əfqanıstanla sərhədə qoşun yığır və hərbçi ailələri isə həmsərhəd bölgələri tərk edirlər.

Xatırladaq ki, artıq neçə müddətdir Əfqanıstanda hökumət qüvvələri ilə ölkənin əhəmiyyətli ərazilərini ələ keçirən "Taliban" silahlıları arasında qarşıdurma yaşanır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam